Siyasət

Bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi

1 dəqiqə
Bloqqerin ölümü ilə bağlı cinayət işinə xitam verildi

Bloqqer Mehman Qələndərovun ölümü ilə əlaqədar başlanmış cinayət işinə xitam verilib.

Bu haqda hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib.

M.Qələndərovun 2017-ci il aprelin 28-də Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında ölümü faktı üzrə Sabunçu rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmışdı. Sonradan istintaqın davam etdirilməsi üçün iş Bakı Şəhər Prokurorluğuna göndərilmişdi.

Hüquq müdafiəçisinin bildirdiyinə görə, prokurorluğun xitam qərarında M.Qələndərovun ölümündə cinayət tərkibi olmadığı, onun intihar etdiyi yazılıb.

Amma O.Gülalıyev qərarda yazılanlara şübhə ilə yanaşır. Deyir ki, M.Qələndərova həbsdən salamat çıxmayacağı haqda xəbərdarlıq olunmuşdu.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun