Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Suriya ordusunun Afrinə girəcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Abzas.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çavuşoğlu bu barədə iordaniyalı həmkarı Eumen as-Safedi ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, Türkiyənin hadisələrin gedişatına uyğun addımlar atacaq:
"Əgər Bashar al-Assad ordusu Afrinə terrorçuları qorumaq üçün girirsə, onda bizim qarşımızı heç bir qüvvə ala bilməz. “Zeytun budağı” əməliyyatında və “Fərat qalxanı” hərəkatında hədəfimiz terrorçuları oradan təmizləməkdir. Biz həmişə Suriyanın ərazi bütövlüyünü müdafiə etdiyimizi vurğulayırıq. Burada vacib məqam rejimin Afrinə hansı niyyətlə girməsidir. Əgər bölgəni terrorçulardan təmizləmək üçün girərsə, bizim üçün problem yoxdur. Yox, YPG-ni qorumaq üçün Afrinə girəcəksə, o halda Türkiyə hərbçisinin qarşısını heç kim ala bilməz”.