Müsəlman Birliyi Hərəkatının fəalı Rəvan İsmayılov yoxa çıxıb. Bu barədə hərəkatın üzvləri sosial şəbəkədə məlumat paylaşıblar.
Rakurs TV-nin məlumatına görə, bir müddətdir Rusiyada yaşayan Rəvan İsmayılov dünən gecə saatlarında Heydər Əliyev adına hava limanına çatıb. Bundan sonra ondan məlumat almaq mümkün olmayıb.
Hərəkat üzvləri Rəvan İsmayılovun oğurlana biləcəyini bildirirlər.
Rəvan İsmayılov sonuncu dəfə keçən il oktyabrın 4-də polis tərəfindən saxlanılıb. O, 535.1-ci (Polisin qanuni əmrinə tabesizlik) maddəni pozmaqda təqsirli bilinərək 30 sutka azadlıqdan məhrum edilib.