Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrəyə yola düşüb.
Abzas.net xəbər verir ki, XİN rəhbəri BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasında çıxış etmək üçün İsveçrənin Cenevrə şəhərinə səfər edib.
Bundan ələavə, səfər çərçivəsində BMT-nin baş katibinin müavini, eyni zamanda BMT-nin Cenevrə bölməsinin Baş direktoru və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.