Tbilisi şəhər Məhkəməsi “Lanset” klinikasının direktoru Fərman Ceyranlının işi üzrə hökmü elan edib.
Məhkəmənin qərarı ilə F.Ceyranlı 6 il müddətinə azadlıqdan məhrum olunub.
Azərbaycanlı həkim ona qarşı irəli sürülən dələduzluq ittihamı üzrə günahkar hesab edilib. O, həyat və sağlamlığa təhlükə barədə informasiyanın gizlədilməsi və ya yalan məlumatın verilməsi ilə bağlı digər ittiham üzrə bəraət qazanıb.
Ötən ilin may ayında Tbilisi şəhərində həbs edilən F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.