İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan “Aseman Airlines” aviaşirkətinə məxsus “ART-72” tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb.
“Tasnim” agentliyinin verdiyi məlumata görə, yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 66 nəfər var.
İSNA agentliyi 60 sərnişin və 6 heyət üzvündən sağ qalanların olmadığını yazır.
Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, sıx duman səbəbindən vertolyotlar qəza baş verən dağlıq əraziyə enə bilmir. Bu səbəbdən hələlik qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanmayıb.