Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedəcək.
Müsavat başqanı Arif Hacılı deyib ki, İsa Qəmbər özünü yaxşı hiss edir.
O bildirib ki, İ.Qəmbər Mərkəzi Klinik Xəstəxanadan evə buraxılacaq: “Daha keyfiyyətli tibbi müayinədən keçməsi üçün İsa bəyin Türkiyəyə getməsi yaxşı olar. İsa bəylə Türkiyəyə gedəcəyik. Orada İsa bəy daha keyfiyyətli tibbi müayinədən keçəcək”.
Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.