Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirilib.
Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, o, hazırda Mərkəzi Klinik Xəstəxanasındadır. Həkimləri İsa Qəmbərin bir neçə gün xəstəxanada qalmasını və ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı tibbi prosedurlardan keçməsini tövsiyə ediblər.
Məlumatda deyilir ki, İ.Qəmbər özünü yaxşı hiss edir.