Keçmiş bələdiyyə sədri məhkəmə zalında həbs olunub

Keçmiş bələdiyyə sədri məhkəmə zalında həbs olunub
26 Fevral 2018
Mətni dəyiş

Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonu, Məhəmmədi kəndinin keçmiş bələdiyyə sədri Vaqif Nəbiyevin növbəti məhkəmə iclası baş tutub.

Abzas.net xəbər verir ki, ayrı-ayrı adamları aldadıb pulunu ələ keçirməkdə ittiham olunan keçmiş bələdiyyə sədri CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Bildirilir ki, adamlardan torpaq ərazisi satmaq adı ilə pullarını alıb, sonra nə torpaq nə də pullarını verməməkdə ittiham olunan Vaqif Nəbiyev ən böyük zərəri Ülviyyə Abdalovaya vurub. Belə ki, zərərçəkmiş Abdalovanın şikayətində göstərilir ki, keçmiş bələdiyyə sədri ondan 353 min manat pul alıb və qaytarmayıb.

Özünü təqsirli hesab etməyən Vaqif Nəbiyev bəzi şəxslərdən pul aldığını təsdiqləyib, lakin bunun borc olduğunu və qaytarılacağını bildirib.

Yeni şikayətlər əsasında haqqında daha bir cinayət işi başlanılan keçmiş bələdiyyə sədrinə fevralın 26-da hökm oxunsa da, ikinci cinayət işi üzrə məhkəməsi hələ davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun