Bu gün, fevralın 17-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məslisi növbədənkənar prezident seçkisini boykot etmək barədə qərar qəbul edib.
Bu barədə KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib.
“Ali Məclis partiyamızın rayon, şəhər şöbələrinin qərarlarını, fəalların və cəmiyyətin münasibətini əsas sayaraq boykot barədə qərar qəbul etdi. Ali Məclis həmçinin, seçkilərdə iştirak etməyən təşkilatlarla məsləhətləşmələr aparmağı məqsədəuyğun saydı”, M.Mİrəlioğlu deyib.
Xatırladaq ki, bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.