"Məhbəsə göndərilən ad günü təbriki" [video]

"Məhbəsə göndərilən ad günü təbriki" [video]
17 Fevral 2018
Mətni dəyiş

Qondarma ittihamlarla həbsə atılan Kanal13-ün rəhbəri Əziz Orucovun ad günü ilə bağlı film çəkilib.

"Azad İnsan" haqqında film və ya "Məhbəsə göndərilən ad günü təbriki" filmində Əziz Orucovun ailə üzvləri, uşaqlıq dostları, müəllimləri, o cümlədən əməkdaşlıq etdiyi tanınmış ziyalılar Ramiz Rövşən, Sabit Bağırov, Əliməmməd Nuriyev, Qulu Məhərrəmli, Əvəz Zeynallı və digərlərinin fikirləri yer alıb.

Əziz Orucov 2017-ci ili mayın 2-də həbs olunub. 15 dekabr 2017-ci ildə o, 6 il həbs cəzasına məhkum edilib.

"Amnesty İnternational" təşkilatı Əziz Orucovu  vicdan məhbusu elan edib və Azərbaycan hökümətindən onun azad edilməsi istənilib.

[embed]https://www.youtube.com/watch?v=3FqsIWnb_cw&t=10s[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun