Qondarma ittihamlarla həbsə atılan Kanal13-ün rəhbəri Əziz Orucovun ad günü ilə bağlı film çəkilib.
"Azad İnsan" haqqında film və ya "Məhbəsə göndərilən ad günü təbriki" filmində Əziz Orucovun ailə üzvləri, uşaqlıq dostları, müəllimləri, o cümlədən əməkdaşlıq etdiyi tanınmış ziyalılar Ramiz Rövşən, Sabit Bağırov, Əliməmməd Nuriyev, Qulu Məhərrəmli, Əvəz Zeynallı və digərlərinin fikirləri yer alıb.
Əziz Orucov 2017-ci ili mayın 2-də həbs olunub. 15 dekabr 2017-ci ildə o, 6 il həbs cəzasına məhkum edilib.
"Amnesty İnternational" təşkilatı Əziz Orucovu vicdan məhbusu elan edib və Azərbaycan hökümətindən onun azad edilməsi istənilib.
[embed]https://www.youtube.com/watch?v=3FqsIWnb_cw&t=10s[/embed]!["Məhbəsə göndərilən ad günü təbriki" [video]](/_next/image?url=https%3A%2F%2Fs3.eu-central-1.amazonaws.com%2Fabzasmedia%2Fmedia%2Ffeatured_images%2F2022%2F07%2F02%2Feziz-orucov_6C74Qkb.jpg&w=3840&q=75)