Rusiyanın müxalifət lideri Aleksei Navalny-nın Antikorrupsiya Fondunun direktoru saxlanıb.
Abzas.net Rusiya KİV-nə istinadən xəbər verir ki, Bu barədə hüquq müdafiəçisi Leonid Volkov "Twitter" hesabında yazıb.
Məlumatda bildirilir ki, Aleksei Navalny-nın Antikorrupsiya Fondunun direktoru Roman Rubanov Moskvanın Şeremetyevo aeroportunda saxlanıb.
Daha sonra Rubanov özü Danilovskoyedə polis şöbəsinə aparıldığını bildirib.
Rubanov-un koordinasiya olunmamış yürüşün təşkilində ittiham olunduğu bildirilir.
Mərkəzi Seçki Komissiyasının Navalny-nın prezidentliyə namizədliyinin qeydə almamasına etiraz olaraq, yanvar ayının sonlarında Navalny tərəfdarları Rusiyanın bir sıra şəhərlərində “seçici tətilləri” keçiriblər.