NİDA Vətəndaş Hərəkatı müxalif partiya rəhbərləri ilə görüşlər leçirib.
Abzas.net xəbər verir ki, bu barədə NİDA İdarə Heyəti məlumat verib.
Hərəkatın İH-i bildirib ki, görüşlərdə növbədənkənar seçkilərin boykot olunması , bu istiqamətdə mümkün resursların birləşdirilməsi müzakirə olunub.
Qeyd olunur ki, Hərəkat partiyalara təkliflər paketi təqdim edib:
"NİDA VH siyasi partiyalara qarşıdakı dövrdə müxalif qüvvələrin birgə fəaliyyəti üçün təkliflər təqdim edib. Təkliflər, görüşlərin nəticələri və NİDA VH-nın seçkilərin boykotu ilə bağlı həyata keçirəcəyi tədbirlərlə bağlı geniş məlumat veriləcək".