Fevralın 24-də Bakıda, 3-cü mikrorayon dairəsində yolu keçən Əziz Fəttahovu maşın vurub. Ə.Fəttahov hadisə yerində dünyasını dəyişib.
Qəzanı törədən "Ford" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Sonradan qəzanın bəzi detalları məlum olub. Belə ki, ölümlə nəticələnən qəzanı hərbçi, polkovnik-leytenant Babayev Nəbi Tofiq oğlunun törətdiyi bildirilir.
Məlumatda deyilir ki, Nəsimi Rayon Prokurorluğunda açılmış cinayət işinin materialları Hərbi Prokurorluğa göndərilib.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Rauf Hacıyev isə bildirib ki, cinayət işinin materialları hələ ki quruma təqdim olunmayıb. Ə. Fəttahov Müsavat Partiyasının Divan üzvü, başqanın keçmiş müavini Elman Fəttahın qardaşıdır.