Şimali Koreyanın nümayəndə heyəti ABŞ vitse-prezidenti Mike Pence-lə Pxençxan Qış Olimpiadası çərçivəsində nəzərdə tutulmuş görüşü ləğv edib.
Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, KXDR nümayəndə heyəti sona anda Pence-lə görüşməkdən imtina edib.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Heather Nauert bildirib.
Nauert-in sözlərinə görə Pence fürsətdən istifadə edib KXDR nümayəndələri ilə görüşmək istəsə də, bu baş tutmayıb:
“Vitse-prezidentin Cənubi Koreyaya son səfəri zamanı Şimali Koreyanın nümayəndə heyətinin rəhbərləri ilə qısa görüş keçirməyə imkan yaranıb. Vitse-prezident Şimali Koreyanın ballistik raket və nüvə silahı proqramlarından imtina etməsinin vacibliyini vurğulamaq məqsədilə bu fürsətdən yararlanmaq istəyib. Lakin son anda KXDR-in nümayəndələri görüşməkdən imtina ediblər. Onların belə bir imkandan istifadə etməməsinə görə təəssüflənirik”.