Slovakiya polisi araşdırmaçı jurnalistin evində qadın sevgilisiylə birlikdə güllələnərək öldürüldüyünü bildirir.
27 yaşlı Jan Kuciak parnyoruyla fevralın 25-də axşam Velka Masa şəhərindəki evində ölü tapılıb. Bu şəhər paytaxt Bratislavadan 65 kilometr şərqdə yerləşir.
Polis rəhbəri Tibor Gaspar deyib ki, qətllərin “onun araşdırmaçı fəaliyyətiylə əlaqəli olduğu görünür”.
Onun sözlərinə görə, Slovakiyada “jurnalistə qarşı belə bir hücum əvvəllər baş verməyib”.
Kuciak Aktuality.sk xəbər saytı üçün çalışırdı. Onun fevralın 9-da dərc olunmuş məqaləsində Bratilavada dəbdəbəli yaşayış kompleksiylə bağlı şübhəli vergi fırıldağından söz açılırdı.
Bu məsələ ötən il etirazlara səbəb olub, daxili işlər naziri Robert Kalinak-ın bir developer şirkətiylə biznes əlaqələrinə görə istefası tələb olunub. Amma hər ikisi yanlışa yol vermədiyini bildirib.
Bu hadisə son zamanlar Avropada araşdırma aparan ikinci jurnalist ölümüdür. 2017-ci il oktaybrın 16-da Maltalı jurnalist Daphne Caruana Galizia evinin yaxınlığında avtomobilinin partladılması nəticəsində öldürülmüşdü.