Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrei Ravkov-un dəvəti ilə fevralın 22-də Minsk şəhərinə yola düşəcək.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Səfər çərçivəsində Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edəcək.
Bundan əlavə, bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.