Hilal Baydarovun "Balıqlara xütbə" filmi Lokarno festivalında çıxış edəcək.
Bu barədə Abzas-a filmin prodüseri Elşən Abbasov məlumat verib. Onun sözlərinə görə, film nüfüzlu Lokarno Film Festivalının əsas müsabiqəsində iştirak edəcək.
"Balıqlara xütbə" 3500 film arasından seçilmiş 17 ekran işindən biridir və Azərbaycan, Türkiyə, Meksika və İsveçrənin birgə layihəsidir.
Festival bu il 75-ci dəfə keçiriləcək və "Balıqlara xütbə" filmi burada "Qızıl bəbir" mükafatına namizəd olacaq.
Festivalda nümayiş olunacaq filmlərin siyahısı ilə buradan tanış olmaq mümkündür.
“Balıqlarla Xütbə” filminə Rəna Əsgərova, Orxan İskəndərli, Hüseyn Nəsirov çəkiliblər.
Ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır.
“Balıqlara xütbә” filmi bir müddət öncə Türkiyənin TRT kanalı tәrәfindәn keçirilәn yarışmanın qaliblәrdәn biri olub.
“Beynәlxalq ortaq istehsal” mükafatına layiq görülüb.
“Locarno” Film Festivalı İsveçrənin ən mühüm, Avropanın isə ən məşhur film festivallarından biridir.
“Kann”, “Venesiya” və “Berlin”dən sonra dördüncü ən əhəmiyyətli Avropa film festivalı hesab olunur.
“Locarno” 1946-cı ildən etibarən hər il avqustda İsveçrənin Lokarno şəhərində keçirilir.
Festivalın baş mükafatı “Ən yaxşı film”ə görə verilən “Qızıl Bəbir”dir.
Builki “Locarno” Film Festivalı avqustun 3-dən 13-dək davam edəcək.