Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.
Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”, məlumatda deyilir.
AzadlıqRadiosunun erməni xidməti 20 nəfərin həbs olunduğunu və polis binasının yerləşdiyi ərazinin tam azad edildiyini xəbər verir.
Qrupun lideri Varujan Avetisyan bundan əvvəl 1in.am saytına müsahibəsində təslim olmaq qərarına gəldiklərini demişdi. O bunun səbəbini qan tökülməsi və mövcud rejimə heç bir aidiyyatı olmayan hüquq-mühavizə qüvvələri arasında itkidən qaçmaqla izah edib.
Avetisyan qeyd edib ki, “Sasna Tsrer” qrupu camaatı hərəkətə gətirə bildiyindən, missiyanı başa çatmış hesab edir. Avetisyan deyib ki, onlar hərbi əsir olmaq və mübarizəni həbsxanalarda davam etdirmək qərarına gəliblər.
