29 İyul 2016
Mətni dəyiş
Fransanın baş naziri xaricdən maliyyələşən məsçid tikintilərinin dayandırmağı düşünür.
Manuel Valls son dönəmlərdəki hücumlardan sonra xaricdən maliyyələşən məsçid tikintilərinin dayandırılması fikrinə açıq olduğunu bildirib. Baş nazir bunun silsilə cihad hücumlarından sonra islamla münasibətin yeni modelinin formalaşacağına qədər müvəqqəti xarakter daşıyacağını bildirib.
Fransız qəzeti La Monde-yə müsahibəsində Manuel Valls “Bir müddət məsçidlərin tikintisi üçün xaricdən gələn heç bir maaliyyəni qəbul etməmək fikrinə açığıq” deyə qeyd edib.
Baş nazir həmçinin imamların başqa yerdə deyil Fransada təlim keçməli olduğunu da vurğulayıb. Eyni zamanda, dini təhsili də olan daxili işlər naziri Bernard Cezeneuvenin Fransanın İslamla yeni münasibəti modelinin qurulması üzərində işlədiyini bildirib.