29 İyul 2016
Mətni dəyiş
Ukraynanın Sumskaya vilayətində “Ukroboronprom” dövlət konserninin obyektində meydana gələn partlayış nəticəsində NATO nümayəndəsi daxil olmaqla, 3 nəfər ölüb.
Hadisə utilizasiya üçün gətirilmiş döyüş sursatlarının qəbulu zamanı baş verib.
Ukraynanın Mərkəzi Region Hərbi Prokurorluğunun məlumatına görə, olay nəticəsində 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.
Əldə edilən ilk xəbərlərə görə, hadisə zamanı yeddi ədəd X-27 “yer-hava” tipli raket partlayıb.