ABŞ Cənubi Koreya ilə birlikdə təlimlər keçirir

ABŞ Cənubi Koreya ilə birlikdə təlimlər keçirir
22 Avqust 2016
Mətni dəyiş
Avqustun 22-də Amerika Birləşmiş Ştatları ilə Cənubi Koreya illik hərbi təlimlərə start verib.
Bu ilki təlimlərdə 25 min Amerika və 50 min Cənubi Koreya əsgəri iştirak edir. Təlimlərin sentyabrın 2-dək davam etməsi planlaşdırılır.
Daha öncə rəsmi Pxenyan xəbərdarlıq etmişdi ki, Seulla Vaşinqton təlimlər zamanı hər hansı aqressiya əlaməti göstərsə, “qabaqlayıcı nüvə zərbəsi” endirəcək.
Şimali Koreyanın təhdidlərinə qarşılıq olaraq bu təlimlərdən bir neçə gün öncə rəsmi Seul bildirib ki, Pxenyanın Londondakı səfirliyinin ikinci dərəcəli əməkdaşı Cənubi Koreya tərəfə keçib, Pxenyan rəhbərliyi onu xəyal qırıqlığına uğradıb. Şimalın dövlət mediası diplomatı “cinayətkar” adlandırıb.
Qeyd edək ki, Şimali Koreya yanvarda dördüncü nüvə sınağı keçirib. Bundan sonra BMT sanksiyaları sərtləşdirib, Pxenyan isə daha bir neçə ballistik raket sınağı keçirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun