Binali Yıldırım: "Bəşər Əsədin Suriyanın gələcəyində yeri yoxdur"

Binali Yıldırım: "Bəşər Əsədin Suriyanın gələcəyində yeri yoxdur"
20 Avqust 2016
Mətni dəyiş
Türkiyənin Baş naziri Binali Yıldırım jurnalistlərə maraqlı açıqlamalar verib.
“Suriya Prezidenti Bəşər Əsəd keçid hökuməti zamanı hakimiyyətdə qala bilər”. Bu sözləri Türkiyənin Baş naziri Binalı Yıldırım deyib.
B.Yıldırımın sözlərinə görə, Türkiyə qarşıdakı altı ay ərzində Suriya böhranının nizamlanmasında fəal rol oynayacaq.
Baş nazir qeyd edib ki, Əsədin Suriyanın gələcəyində yeri yoxdur və Suriyada keçid hökumətinin formalaşmasından sonra B.Əsəd istefa verməlidir.
Sonda isə Binali Yıldırım Suriyanın parçalanmasına imkan verməyəcəklərini vurğulayıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun