24 Avqust 2016
Mətni dəyiş
İran parlamenti hökumətə Rusiyadan 5 milyard dollar miqdarında kredit almağa icazə verib.
Deputatlar parlamentin bu gün keçirilən iclasında müvafiq sənədi ratifikasiya ediblər.
Qeyd edək ki, Rusiyadan alınacaq vəsait infrastruktur layihələrinə yönələcək. Söhbət nüvə enerjisi, dəmir yolu, maqistral yollar, bəndlər, suvarma sistemləri və s. layihələrdən gedir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin noyabr ayında Tehrana səfər edib. Səfər zamanı Rusiyanın İrana 5 milyard dollar kredit ayırmasına dair sənəd imzalanıb.