22 Avqust 2016
Mətni dəyiş
İŞİD terror qruplaşması İraqın Mosul şəhərində 40 nəfəri edam edib.
İraq rəsmilərinin sözlərinə görə, terroristlər təhlükəsizlik xidmətinin keçmiş əməkdaşlarını və dinc sakinləri kütləvi şəkildə qətlə yetirib.
Silahlılar 10 iyun 2014-cü ildən İŞİD-in nəzarətində olan Mosul şəhərində baş verən hadisədə edam edilənlərin Dövlət Təhlükəsizlik Xidməti ilə əlaqəli olduqları üçün öldürüldüyünü açıqlayıblar.