İtaliyada 6,1 bal gücündə zəlzələ baş verib

İtaliyada 6,1 bal gücündə zəlzələ baş verib
24 Avqust 2016
Mətni dəyiş
İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Seysmoloji Mərkəzi  (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 01.36-da qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə  yerləşib.
Yeraltı təkanların törətdiyi dağıntılar nəticəsində ən azı 14 nəfərin öldüyü məlum olub. Dağıntılar altında qalanların olduğu, xilasetmə əməliyyatlarının davam etdirildiyi bildirilir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun