24 Avqust 2016
Mətni dəyiş
İtaliyanın mərkəzində baş verən zəlzələdə ölənlərin sayı 73-ə çatıb.
“Rai News 24” kanalının yaydığı xəbərə görə, zəlzələnin qeydə alındığı ərazilərdə dağıntılar altında qalanların meyitlərinin çıxarılması davam edir. Arkvata-del-Torontoda baş verən 4.9 ballıq afterşokdan sonra daha bir neçə bina dağılıb və bir uşaq ölüb.
X X X
Bu barədə məlumatı İtaliya Vətəndaş Müdafiəsi Milli Xidmətinin mətbuat katibi Immacolata Postiglione keçirdiyi mətbuat konfransında verib.
Postiglione bildirib ki, 63 nəfər Akkumoli, Amatriçe şəhərləri ilə Arkuata-del-Toronto bölgəsində ölüb.
Məlumata görə, hazırda çox sayda itkin var. Bu isə ölsü sayının irəliləyən saatlarda arta biləcəyindən xəbər verir.
X X X
İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla 01.36-da qeydə alınıb.
Dağıntılar nəticəsində ən azı 14 nəfərin öldüyü məlum olub.







