Kanada höküməti müsəlman qadın polislərin hicab geyinməsinə icazə verib

Kanada höküməti müsəlman qadın polislərin hicab geyinməsinə icazə verib
24 Avqust 2016
Mətni dəyiş
Kanada höküməti polisdə çalışan müsəlman qadınların hicab geyinməsinə icazə verib.
Bu haqda İctimai Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Scott Bardsley məlumat verib: “Polis geyiminə bu dəyişikliyin edilməsi ilə bağlı qərar Kanada Kral Jandarmeriyasının komissarı tərəfindən verilib”.
Nazirliyin nümayəndəsinin sözlərinə görə, qərar hüquq-mühafizə orqanları sırasına qoşulmaq istəyən müsəlman qadınları həvəsləndirmək məqsədilə qəbul olunub.
Məlumata görə, hökümət üç cür hicabı nəzərdən keçirib və  qadınların xidmət zamanı rahat hərəkət etməsinə mane olmayan baş örtüyündən istifadə edilməsini tövsiyə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun