Rusiya Rosneft-i özəlləşdirəcək

Rusiya Rosneft-i özəlləşdirəcək
18 Avqust 2016
Mətni dəyiş
"Neft şirkəti Rosneftin özəlləşdirilməsi Rusiya hökuməti üçün birinci prioritetdir".
Bu sözləri Moskvada jurnalistlərin suallarını cavablandıran Rusiyanın Baş nazirinin müavini İqor Şuvalov deyib.
Rosneftin ölkənin ən böyük neft şirkəti olduğunu bildirən Şuvalov, "Rosneftin özəlləşdirilməsi birinci növbədə atılacaq addımdır, sonra Başneft-ə zaman gələcək",- deyə qeyd edib.
Qeyd edək ki, Rusiyanın Baş naziri Dmitri Medvedev dünən verdiyi bəyanatda, Başneft-in özəlləşdirilməsinin irəli bir tarixə təxirə salınmasına qərar verildiyini ifadə etmişdi. Ölkənin altıncı böyük neft istehsalçısı olan Başneft-də, dövlətin 50%-lik payının təxminən 300 milyard rubla satışa çıxarılması gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun