26 Avqust 2016
Mətni dəyiş
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov sabah Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyənin Baş Qərargahından məlumat verilib.
Məlumata görə, Gerasimovun rəhbərlik etdiyi Rusiyanın yüksək rütbəli hərbçilərindən ibarət nümayəndə heyəti sabah 11.00 radələrində Ankarada olacaq.
Valeri Gerasimovun Türkiyənin Baş Qərargahının rəisi Hulusi Akarla görüşəcəyi bildirilir.