24 Avqust 2016
Mətni dəyiş
Suriya Xarici İşlər Nazirliyi Türkiyə Ordusunun keçirdiyi “Fırat Kalkanı” əməliyyatı ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyaya daxil olması bu ölkənin suverenliyinin pozulması deməkdir və Suriya buna sərt şəkildə qarşı çıxır.
Xarici İşlər Nazirliyi Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatın qarşısını alması üçün BMT-yə müraciət edib və təcili tədbir görülməsini tələb edib.