24 Avqust 2016
Mətni dəyiş
Xəbər verdiyimiz kimi bu gün yerli vaxtla 04.00-da Türkiyə Ordusu Suriyaya daxil olub.
Geniş çaplı əməliyyatın başlanmasından sonra Türkiyə Quru Qoşunlarına məxsus tanklar yerli vaxtla saat 11.07-də sərhəddən Suriya ərazisinə keçib.
Tanklar İŞİD terrorçularının mövqelərinə zərbə endirməyə başlayıb. Təxminən 20 tankın təyin edilmiş mövqelərə zərbələri davam edir.
Türkiyə Hava Qüvvələrinə məxsus "F-16" bombardmançı təyyarələri də İŞİD-i havadan bombalayır. Türkiyə saatı ilə 07.50-də başlayan bombardman zamanı müəyyən edilən 12 həfədin hamısı zərərsizləşdirilib.
Havadan və qurudan əməliyyatlar davam edir.