21 Avqust 2016
Mətni dəyiş
Yəmənin paytaxtı Sənada Səudiyyə Ərəbistan rəhbərliyindəki koalisiya güclərinə qarşı savaşan Husilər və tərəfdarları izdihamlı mitinq keçiriblər. Yüz minlərlə yəmənli qatıldığı mitinqdə "Xalq Konqresi" adı verilən yeni hökümətə dəstək şüarları səsləndirib, Səudiyyə Ərəbistana isə etiraz ediblər.
Digər tərəfdən isə Yəmənin Səudiyyə Ərəbistanla sərhəddində yerləşən Necran şəhərinə raket atılması nəticəsində 2 vətəndaşın həlak olduğu, 6 nəfərin isə yaralandığı bildirilib.