2017-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 28 mln. 906,4 min ton neft hasil olunub.
Bu barədə hökumətin açıqladığı məlumatda deyilir.
“2016-cı ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 31 mln. 20,3 min ton neft hasil olunub. 2017-ci ildə bu göstərici 28 mln. 906,4 min ton təşkil edib, ötən il hasilatın azalması 6,8% olub”, - məlumatda qeyd ediblər.
Öncə ARDNF-nin 2018-ci ilə bedcə layihəsinə dair Hesabalama Palatasının rəyinə istinadən məlumat verilib ki, 2018-ci ildə AÇG blokundan neft hasilatı 28 mln. ton təşkil edəcək (204,4 mln. barrel).
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilədə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.