Azərbaycanda iş elanları saytlarını montitorinq etdikdə Əmək qanunvericiliyinin kütləvi pozuntusunu və işçilərin əməklərinin istismar olunduğunu asanlıqla müşahidə etmək mümkündür.
İş saatlarından artıq işləməyə məcbur edilmə, həftə sonları və bayram günlərində əlavə ödənişsiz əmək fəaliyyəti, əmək haqqının gecikdirilməsi və ya tam ödənilməməsi, məzuniyyət hüquqlarının pozulması, qeyri-rəsmi məşğulluq və sosial təminatlardan məhrum edilmə kimi hallar minlərlə işçinin gündəlik reallığına çevrilib.
Ekspertlər hesab edirlər ki, bu problem təkcə ayrı-ayrı işəgötürənlərin qanun pozuntularından qaynaqlanmır.
Məsələnin kökündə əmək bazarındakı struktur problemlər, nəzarət mexanizmlərinin zəifliyi və işçilərin hüquqi məlumatlılığının aşağı olması dayanır.