"Bank Respublika" 2017-ci ilin yekunu üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Bankın xalis əməliyyat mənfəəti 8,6% artaraq 4.9 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna bankın aktivləri 702 milyon, kredit portfelinin həcmi 229 milyon manat təşkil etmişdir. Kredit portfelinin keyfiyyət baxımından dəyişməsinin qarşısını almaq məqsədilə bank il ərzində 15 milyon manat həcmində ehtiyyatların yaradılmasına qərar vermişdir. Nəticədə bank ili 10.5 milyon zərər ilə başa vurmuşdur.