Azərbaycanın fiskal imkanları, dövlət borcu və ona xidmətlə bağlı faiz ödənişlərinin artması fonunda məhdudlaşıb.
Bu barədə "Moody's" Beynəlxalq Reytinq Agentliyinin MDB ölkələri üzrə bu gün açıqladığı 2018-ci il icmalında bildirilir.
İcmalda həmçinin qeyd olunur ki, 2018-ci il üçün MDB ölkələrinin müstəqil kredit qabiliyyətliliyi proqnozu sabit olsa da, region ümumiyyətlə, mənfi şoklara qarşı həssasdır.
"Moody's" bildirib ki, neftin qiymətinin hazırkı səviyyəsi Azərbaycan, Rusiya və Qazaxıstan kimi ölkələrin ticarət şərtlərinə müsbət təsir göstərir. Lakin bu ölkələr neftin qiymətinin hazırkı səviyyəsində 2014-cü ilə qədər olan iqtisadi artım tempinə geri dönə bilməyəcək. Agentlik həmçinin ortamüddətli perspektivdə neftin qiymətinin 40-60 dollar/barel olacağını, adıçıkilən ölkələrdə iqtisadi artımın yumşaq olacağını ehtimal edir.