Amerika fond bazarında "Dow Jones" indeksi 0,54% - 26 392,79 bəndədək, "S&P 500" 0,06% - 2 839,25 bəndədək bahalaşıb, NASDAQ isə 0,05% - 7 411,16 bəndədək ucuzlaşıb.
Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,36% - 7615,84 bəndədək, Almaniya DAX-ı 0,87% - 13 298,36 bəndədək, Fransa CAC-40-ı isə 0,25% - 5 481,21 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 12,70 dollar ucuzlaşaraq 1 355,30 dollara, gümüşün unsiyasının qiyməti 0,21 dollar ucuzlaşaraq 17,40 dollara satılıb.