2018-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 1 milyard 727 milyon 332 min dollar təşkil edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, ixrac 1 milyard 38 milyon 707 min dollar, idxal 688 milyon 625 min dollar təşkil edib. Nəticədə 350 milyon 81 min dollarlıq müsbət saldo yaranıb (İxrac idxalı üstələyib).
2017-ci ilin yanvar ayında Azərbaycanın ticarət əməliyyatlarının həcmi – 1 milyard 559 milyon ABŞ dolları təşkil etmişdi.
2017-ci ilin yanvarı ilə müqayisədə 2018-ci ilin yanvarında idxal 51% artıb, ixrac isə 6,4% azalıb.
Ötən ilin yanvar ayında idxal əməliyyatları üzrə 450 milyon 36 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 1 milyard 109 milyon ABŞ dolları əməliyyat qeydə alınmışdı.
2016-cı ilin yanvarında saldo müsbət 658 milyon 724 min dollar təşkil etmişdi.
2017-ci ilin dekabr ayında Azərbaycanın ixracı 1 milyard 66 milyon 236 min dollar, idxalı isə 991 milyon 211 min dollar təşkil etmişdi.
Yanvarda ticarət dövriyyəsinin 60.13%-i ixracın, 39.87%-i idxalın payına düşüb.