Dünya birjalarında neftin qiyməti qalxıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelinin qiyməti 51,71 dollara qalxıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 64,70 dollara qalxıb.