2017-ci il ərzində Azərbaycanda 47,6 min iş yeri bağlanmışdır.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Bu dövrdə bağlanmış iş yerlərinin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 70,1 faizi fərdi sahibkarlıq subyektlərinin, 12,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 17,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.