Amerika fond bazarında "Dow Jones" indeksi 1,03% - 24 893,49 bəndədək, "S&P 500" 1,34% - 2 698,63 bəndədək, NASDAQ isə 1,86% - 7 143,62 bəndədək bahalaşıb.
Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,64% - 7 213,97 bəndədək, Almaniya DAX-I 1,17% - 12 339,16 bəndədək, Fransa CAC-40-ı isə 1,10% - 5 165,26 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,50 dollar ucuzlaşaraq 1 356,50 dollara, gümüşün unsiyasının qiyməti sabit qalaraq 16,88 dollara satılıb.