Amerika fond bazarında "Dow Jones" indeksi 0,08% - 25 219,38 bəndədək, "S&P 500" 0,04% - 2 732,22 bəndədək artıb, NASDAQ isə 0,23% - 7 239,47 bəndədək ucuzlaşıb.
Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,83% - 7 294,70 bəndədək, Almaniya DAX-I 0,86% - 12 451,96 bəndədək, Fransa CAC-40-ı isə 1,13% - 5 281,58 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,90 dollar bahalaşaraq 1 356,20 dollara, gümüşün unsiyasının qiyməti 0,08 dollar ucuzlaşaraq 16,71 dollara satılıb.