Amerika fond bazarında "Dow Jones" indeksi 0,08% - 24 893,35 bəndədək, "S&P 500" 0,50% - 2 681,66 bəndədək, NASDAQ isə 0,90% - 7 051,98 bəndədək ucuzlaşıb.
Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,93% - 7 279,42 bəndədək, Almaniya DAX-ı 1,60% - 12 590,43 bəndədək, Fransa CAC-40-ı isə 1,82% - 5 255,90 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,20 dollar ucuzlaşaraq 1 313,40 dollara, gümüşün unsiyasının qiyməti 0,01 dollar ucuzlaşaraq 16,23 dollara satılıb.