2018-ci ilin yanvar ayında Azərbaycan əhalisinin nominal gəliri 3 milyard 882,3 milyon manat olub. Əvvəlki ilin müvafiq ayına nisbətən əhalinin nominal gəliri 11,7 faiz artıb.
Qeyd edək ki, hər adama düşən gəlir orta hesabla 396,9 manat təşkil edib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 milyard 576,4 milyon manatlıq vəsait qalıb.
Müvafiq dövr üzrə xərclərə gəlincə, pərakəndə, eləcə də ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarına Azərbaycan əhalisi 1411,4 milyon manat xərcləyib.