2018-ci il yanvarın 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28169.7 mln. manat təşkil edib.
Bu bərədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat verib. Bankların öhdəlikləri isə 24367.9 mln. manat təşkil edib.
Bildirilir ki, sektorun balans kapitalı 3801.8 mln. manat, əhalinin əmanətləri isə 7482.5 mln. manat olub.
2018-ci ilin yanvar ayında bank sektorunun aktivləri 0.9% (249 mln. manat), öhdəlikləri 0.6% (156 mln. manat), kapitalı isə 2.5% (93 mln. manat) artıb.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 142, ATM-lərin sayı 2439 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16207 nəfərdir.
2016-cı ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən 11 bankın fəaliyyət lisenziyası öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə ləğv edilib. 2017-ci ildə "Dəmirbank"ın fəaliyyəti dayandırıldı.