Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fevral ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
Bu barədə ARDNF mətbuat xidməti məlumat verib.
Bildirilir ki, 2018-ci ilin fevral ayı ərzində Fond valyuta hərraclarında 364,1 mln. ABŞ dolları məbləğində vəsait satıb.
Beləliklə, 2018-ci ilin ilk iki ayı ərzində ARDNF ümumilikdə 663,2 mln. dollar satıb. Belə ki, yanvar ayında ARDNF tərəfindən valyuta hərraclarında 299,1 mln. dollar məbləğində vəsait satılıb.