Bu gün "Amazon" dünyada bazar dəyəri (market capitalization) 1 trilyon dolları aşan ikinci şirkət oldu.
"Apple" avqustun 2-də bu həddi keçmişdi.
2017-ci ilin yekunlarına əsasən 170 dövlətin Ümumi Daxili Məhsulunun həcmi 1 trilyon dollardan az olub. "Apple" və "Amazon"un dəyərindən daha artıq həcmdə ÜDM-ə sahib olan ölkələr bunlardır: ABŞ, Çin, Almaniya, Yaponiya, Britaniya, Fransa, Hindistan, Avstraliya, Braziliya, İndoneziya, Cənubi Koreya, İspaniya, İtaliya, Kanada, Meksik
a və Rusiya.
Bir trilyon dollar ÜDM səviyyəsinə çatan yeganə müsəlman ölkəsi İndoneziyadır.
"Amazon" 1994-cü ildə yaradılıb. 1997-ci ildə bazar kapitalizasiyası 1 milyard dollar idi.
"Amazon"un sahibi Jeff Bezos ilə prezident Trampın münasibətlərinin soyuq olmasını da qeyd etmək yerinə düşər. Bezos Trampı ən çox tənqid edən "The Washington Post" qəzetinin sahibidir.