Azərbaycan Rusiyadan dəmir yolu vaqonlarının birini 1 milyon 356 918 dollara alır.
Bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarət əməliyyatları ilə bağlı yarım illik hesabatına istinadən Dövlət Statistika Komitəsi açıqlama yayıb.
Məlumata görə, cəmi ilk yarım ildə Rusiya Azərbaycana 10 xarici elektrik enerjisi mənbəyi ilə işləyən mühərrikli dəmiryolu sərnişin vaqonu satıb.
Maraqlıdır ki, 2018-ci ildə Azərbaycan Rusiyadan eyni sinifdən olan bir o qədər vaqonu daha yüksək qiymətə alıb: birini 1 mln. 456 624 dollara.